Təsəvvür edin ki, mobil telefonunuzun enerjisi bitir, və təcili telefon lazım olur. Bu zaman köməyimizə telefon köşkləri çatır. Vay o hala ki, köşkün içərisində də taksafon olmaya.
Yəqin ki, hər biriniz şəhərin müxtəlif yerlərində, xüsusən metro çıxışlarında xarici görünüşcə gözoxşayan elektron taksafon köşklərinə rast gəlmisiniz. Niyə xarici görünüşcə dedim, çünki köşkün içərisində təyinatı üzrə heç bir şey olmadığından belə qənaətə gəlmək olur ki, bu ancaq görüntü məqsədi daşıyır.
Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində quraşdırılan elektron köşklər yerində olsa da, multimedialı taksofonlar sanki ərşə çəkilib.
Ətraflı süjeti təqdim edirik: