Bakıda bir əsrdən çox yaşı olan binalar: İnsanların narahatlığı – VİDEO

0
188

Bakıda istismar müddəti başa çatan qəzalı binalarla bağlı görülən işlər açıqlanacaq.

Bu binalarda yaşayanlar hər an təhlükə ilə üz-üzədirlər.

Paytaxtın Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yaşayan sakinlər binalarının yararsız hala düşdüyünü deyirlər.

Son illər xüsusi ilə pilot layihə adı altında bəzi ərazilərdə köhnə binalar sökülərək sakinləri yeni mənzillərə köçürüldülər. Lakin hələ də sökülməyi gözləyən binaların sayı az deyil.

Bəs istismara yararsız tikililər nə vaxt söküləcək?

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, proseslə əlaqədar komissiya yaradılıb. Komissiyanın işi ilə bağlı yaxın müddətdə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə: