Bakıda dayanacaqlarda küçə ticarəti ilə məşğul olan şəxlər barəsində qanunauyğun şəkildə tədbirlər görülüb.
Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ictimai nəqliyyat işləmədiyindən bazara çevrilmiş dayanacaqda yaranan küçə ticarətinin qarşısı alınıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyata aid dayanacaqlarda küçə ticarəti ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ölçü götürülüb.
Hazırda həmin ərazidə küçə ticarətinin qarşısı tamamilə alınıb.