Bakıda bəzi küçələr tamamilə piyadaların istifadəsinə verilə bilər

0
373

Bakıda yeni piyada zonalarının yaradılması layihəsinin təqdimatı olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihəyə əsasən şəhərin mərkəzi əhatə edən mövcud piyada zonasının genişləndirilməsi nəzərdə tutulub.

Bu məqsədlə fəvvarələr meydanı ətrafındakı bəzi küçələrin tamamilə piyadaların istifadəsinə verilməsi təklif edilir.

“Piyada zonaların təşkili bir sıra cəhətdən xüsusən də şəhərin sosial-iqtisadi mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsanyönümlü müasir şəhərlərdə bu təcrübədən geniş istifadə olunmaqdadır”, – məlumatda qeyd edilir.