Bakıda azad edilən məhkumların sayı AÇIQLANDI

0
301

Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəməyə verilən təqdimatlar əsasında azad edilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 85 məhkumun azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib:

“Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərdir”.