8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda amrşrut avtobuslarında xanım sərnişinlərə gül hədiyyə edilib.
Dünən “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşları şəhərin müxtəlif yerlərində marşrut xətləri üzrə avtobuslara daxil olaraq qadınları təbrik edib, onlara tər çiçəklər təqdim olunub. Xanım sərnişinlər göstərilən diqqətə görə təşəkkür ediblər.
Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə edənlərin yarıya qədərini xanımlar təşkil edir. Qadınların cəmiyyətimizin inkişafında, xüsusi ilə milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında müstəsna xidməti var.