Bakıda ana və azyaşlı qızını avtomobil vurub

0
288

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Kərimova Səbinə İslam qızı 8 yaşlı qızı ilə birgə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır