Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: Polislər 40-dan artıq xəstəni xilas etdi

0
270

Dünən günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, elektrik naqillərində qısaqapanmadan yaranan yanğında xəstələrin həyatı təhlükə altına düşüb. Hadisə zamanı mühafizə polisi olmasaymış faciə baş verəcəkmiş.

İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub.

Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr xilas edilib.