Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb

0
330

Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşfiqabad qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.