Bakıda 20 yaşlı oğlan itkin düşüb.
Bu barədə onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.
Atasının sözlərinə görə, oğlu 2001-ci il təvəllüdlü İlkin Hüseynov mayın 11-də Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da, sonra fikrindən daşınıb:
“İlkin mayın 11-də Bakıdan çıxanda evlə əlaqə saxlayıb. Deyib ki, Bakıdan “Şamaxinka” deyilən ərazidən yola çıxır. Taksiyə minib və telefon vasitəsilə kiminləsə danışıb. Daha sonra getmək fikrindən daşınıb. Taksidən düşdükdən sonra təxminən saat 15:40 radələrində nənəsi ilə əlaqə saxlayıb. Nənəsinə isə deyib ki, körpünü keçmişəm, gəlirəm. Halbuki yalan danışıb, həmin vaxt o, Bakıda olub. Mayın 11-i saat 15:40-dan sonra oğlumla əlaqə tamamilə kəsilib. İlkin boyu 165 santimetrdir. Bakıda son günlərdə restoranlardan birində ofisiant kimi işlədiyini demişdi”.
S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə də məlumat verdiyini deyib.
İlkin Hüseynovu görənlərdən 050 479 11 08 nömrəsi vasitəsilə atasına və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.
Xatırladaq ki, 20 yaşlı İ.Hüseynov Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsidir.