
Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.
Hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.