Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

0
515

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəb və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Bu barədə Bakı Şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib: “Yarmarka çadırları metronun “Nəriman Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəblilər üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir. Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək”.