
Bakı sakini itkin düşüb.
Yasamal rayonu, D. Bünyadzadə küçəsində yaşayan, 2004-cü il təvəllüdlü Leyla Nurəliyeva yanvarın 31-də saat 20 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.