Bakıda ər və arvad bir-birini bıçaqlayıb.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində yeddi ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində səkkiz ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.