
Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda son hazırlıq işləri aparılır.
Zəfər Günü münasibəti paytaxtın əsas küçə və prospektlərində, binaların eyvanında bayraqlar asılıb.
Şəhər insanları yenidən qələbə sevincinə kökləyir.
Qeyd edək ki, 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək. Yürüş noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.