Bakı və Sumqayıtda kafelərdə reyd keçirilib – VİDEO

0
799

Sumqayıt şəhərində fəaliyyətinə icazə verilən kafe və restoranlarda monitorinqlər aparılıb.

Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, Bakı şəhər və yerli icra hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə kafe və restoran kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərində reydlərə başlanılıb.

Monitorinqlər ilkin olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda  aparılıb.

Obyekt sahibləri də qoyulan bütün qaydalara əməl etdiklərini və müştəri qəbuluna xüsusiylə diqqət yetirdiklərini bildirirlər.