Bakı və Ankara bu ideyadan əl çəkməyəcək – Manvelyan erməniləri qorxutdu

0
159

Sülh müqaviləsini imzalamaqdan hər vəchlə imtina edən Ermənistanda ictimai rəyə də təsir etməyə çalışırlar. Maraqlıdır ki, bu məsələdə hakimiyyətə və revanşistlərə yaxın politoloqlar eyni mövqedən çıxış edir, guya Azərbaycanın Ermənistan ərazilərini işğal edəcəyini iddia edirlər.

Erməni ictimaiyyətini növbəti dəfə enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan qorxudub.

“Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Türkiyə üçün nəqliyyat və ya iqtisadi deyil, siyasi və strateji əhəmiyyət kəsb edir”, – Manvelyan “NEWS.am”ın müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycana, Naxçıvana Sünik rayonundan keçən ən qısa çıxış imkanı verəcək.

“Azərbaycan gizlətmir ki, Süniki öz ərazisi hesab edir. Həm Azərbaycan, həm də Türkiyə bunu 44 günlük müharibədə qalib gəlməyin potensial faydalarından biri kimi görür və bu ideyadan əl çəkməyəcəklər”, – Manvelyan yekunlaşıdırb.