Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilmə vaxtı məlum olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirib ki, sözügedən ərazilərdə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.