Bakı-Sumqayıt yolundakı söküntü işləri təhlükə saçır? – AÇIQLAMA + VİDEO

0
350

Sürücülər Bakı-Sumqayıt yolunda sökülən divarların təhlükəli vəziyyətdə qaldığını bildirirlər.

Bu barədə məlumat redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.

Vətəndaş Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin müsbət ilə yanaşı, mənfi tərəflərinin də olduğunu deyir:

“Yollarda görülən işləri müsbət qiymətləndirirəm. Lakin bəzi məqamlar diqqətdən kənarda qalır. Xırdalan dairəsi kimi tanınan ərazidə yolun kənarında sökülən divarların bir hissəsinin bu cür vəziyyətdə saxlanılması qəzaya səbəb ola bilər. Xahiş edirəm ki, buna diqqət edilsin”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  açıqlamasında deyib ki, sözügedən ərazidə həmin divarlar artıq sökülüb:

“Videogörüntülərdə təsvir edilən tunelin köhnə divarlarıdır. O divarlar uzun müddət o şəkildə qalmayıb və sökülüb. Artıq yeni tunelin tikintisinə başlanılıb. Yeni tunelin istinad divarları saxlanılıb, köhnə tunelin arakəsmə divarı isə sökülüb. Təbii ki, o vəziyyətdə divarın saxlanılması mümkün deyil. Yenidənqurma işləri davam etdirilir”.