Genişmiqyaslı müharibə olarsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.
Bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib. O, müstəqilliyin tanınmasının yaranacaq çətin situasiya ilə əlaqədar olması gərəkdiyini bildirib.
Sərkisyan, həmçinin Ermənistanın Dağlıq Qarabağla qarşılıqlı hərbi yardım barədə razılaşma imzalaması gərəkdiyini bildirib:
“Bunu doğru zamanda etmək lazımdır ki, əlavə təhdid yaranmasın. Mən dərindən əminəm ki, belə ehtiyac yaranacaq”.
O, Qarabağ məsələsinin yalnız beynəlxalq təzyiq nəticəsində həll edilə biləcəyini söyləyib:
“Azərbaycan rəhbərliyi Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq”.