Sosial şəbəkələrdə və bəzi saytlarda Bakı metrosunun mayın 11-də işini bərpa edəcəyilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:
“Bizə bu barədə hər hansı göstəriş verilməyib. Nə qərar olacaqsa, Operativ Qərargah açıqlayacaq. Biz də o qərara uyğun olaraq, addım atacağıq”.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə “Bakı Metropoliteni” martın 31-i saat 22:00-dan etibarən işini dayandırıb.