Bakı məktəblərində Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib

0
236

Pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Mehriban Vəliyeva artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib: “Biz artıq bu haqda məktəb müdriyyətlərinə məlumat vermişik. Hansısa bir neqativ hal varsa, biz o neqativə hala qarşı müvafiq addımlar atırıq. Əgər valideynlər hansısa bir şənlik təşəbbüsü ilə çıxış edərsə, biz onun qarşısını ala bilmərik. Hər hansı bir neqativ hal və ya fakt olarsa, idarəyə müraciət edilə bilər”.