Bakı məktəbində BİABIRÇILIQ: Doğum gününə pul yığdığı iddia olunan direktor DANIŞDI

0
194

Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir. 

Bu barədə Bizim.media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Onun sözlərinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən iki manat, yuxarı siniflərdən üç – beş manat, müəllimlərdən isə hansısa məbləğdə pul yığılır”. 

Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən məktəbin direktoru Kəmalə Babayeva ilə əlaqə saxlanılıb. Direktor bu barədə məlumatı yeni eşitdiyini diqqətə çatdıraraq, daha ətraflı məlumat əldə etmək üçün Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə yaratmağı tövsiyə edib. K.Babayeva doğum gününün noyabrın 24-də olub-olmamasını nə təsdiq, nə də inkar edib.  

 BŞTİ-dən isə bildirib ki, məsələnin araşdırılacaq.