Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

0
65

Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma “soyqırımı” yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir.

– Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilər qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər;
– 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın “məğlubiyyət günü” (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü;
– 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra – 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür;
– 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir;

Baş verənlər Ermənistanın qondarma tarixinin dəyişdirilməsi, ermənilərin reallığa qayıtması baxımından da əhəmiyyətlidir. Azərbaycan bu addımları ilə təkcə tarixi ədaləti bərpa etmir, həm də erməniləri ağıllandırır.