Bakı İrəvana yeni təkliflər paketi göndərdi: Ermənistan yenə şərt qoydu

0
168

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb. 

Bu barədə jurnalistlərə Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

O əlavə edib ki, İrəvan hələlik cavab olaraq hər hansı yazılı təklif göndərməyib, Azərbaycanın göndərdiyi təkliflər hələ də müzakirə olunur.

O bildirib ki, cavab təkliflərinin hazırlanması prosesində Ermənistan Azərbaycandan Qranadada qəbul edilmiş bəyannamədə göstərilən məqamlarla bağlı açıqlama gözləyir.

“Bakı bəyannamədə qeyd olunan məqamların onun üçün məqbul olub-olmadığını izah etməlidir”, – Kostanyan bildirib.