Bakı ilə üç prinsipdə razılaşdıq, tezliklə imza atacağıq – Nikoldan sülh sazişi açıqlaması

0
492

“Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsip razılaşdırılıb. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq”.

B
u barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir üç prinsipin nədən ibarət olduğunu açıqlayıb.

“Birinci prinsip Ermənistanın 29,8 min, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin qarşılıqlı olaraq tanınmasıdır. Bu ərazi üzrə sərhədin demarkasiya və delimitasiyası aparılacaq.
İkincis prinsip üzrə tərəflər sərhədin Almaatı bəyannaməsi əsasında delimitasiyasının aparılmasına razılaşıb. Yəni tərəflər qəbul edir ki, sovet respublikalarının inzibati sərhədləri ölkələrin dövlət sərhədidir, bu toxunulmazdır. Delimitasiyası zamanı dövrün xəritələrinə istinad da vacibdir.
Üçüncü prinsip ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcək regional kommuniasiyaların bərabərlik və qarşılıqlı şəkildə açılmasıdır”, – Nikol deyib.