Bakı ilə Moskva Zəngəzur məsələsində razılaşıb? – İrəvan çarəsiz durumda

0
176

“Mən yaxın gələcəkdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması imkanını görmürəm. İki ölkə arasında müharibə təhlükəsi həmişə möcuddur və bir çox məsələ Əliyevdən asılıdır”.

B
u barədə “Qara bağ” kitabının müəllifi britaniyalı jurnalist Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib.

Vaxtilə Qarabağ həqiqətlərindən danışan Tomas de Vallın son vaxtlar erməniprəst mövqeyi ilə seçildiyi müşahidə edilir, bu baxımdan, onun erməni KİV-lərində irəli sürdüyü iddiaların bir çoxu qərəzlidir. Lakin keçmiş Qarabağ münaqişəsini araşsdıran britaniyalı jurnalistin proseslərin bundan sonrakı inkişafı haqda dedikləri də diqqətdən yayınmır.

Onun fikrincə, mövcud vəziyyətdə kommunikasiyaların açılması hamının marağındadır.

“Lakin indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəndir və mən nəticə əldə etmək üçün lazım olan konsensusu görmürəm. Türkiyə Ermənistanla sərhədin açılmasını, Naxçıvana və Azərbaycanın əsas hissəsinə, orada da Xəzər dənizinə dəmir yolu üzərindən çıxış əldə etməyi istəyir. Amma burada əsas məsələ Gümrü və Zəngəzurdan keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağıdır”, – o deyib.

Moskva və Bakı arasında Qarabağ və Zəngəzurla bağlı razılaşma olubmu?

T.Vall erməni jurnalistlərin bu sualının tam cavabını verə bilməyib. Hərçənd, o Azərbaycanın Zəngəzura hücumu haqda deyilənləri də qəbul etmir. Onun fikrincə, Azərbaycan, Türkiyə və Rusiyanın məqsədi Ermənistana təzyiq etmək və Zəngəzur dəhlizini açmaqdır.

Qeyd edək ki, Ermənistan mediası Rusiya və Azərbaycanın Moskvanın Zəngəzur dəhlizində iştirakına qarşı Qarabağda Bakıya maneənin yaradılmaması haqda razılaşmasının olduğunu iddia edir.