Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır – RƏSMİ AÇIQLAMA

0
476

“Bizim idman kompleksi dövlətə məxsusdur. Koronavirus pandemiyası ilə mübarizə üçün xəstəxana kimi çevrilsə, buna pis yanaşmarıq. Dövlət nə desə, biz buna ikiəlli razıyıq”.

Bunu Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova deyib.

Ölkədə koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda bəzi obyektlərin modul tipli xəstəxanaya çevrilməsi müzakirə olunur. Bu obyektlər arasında onsuz da idman tədbirlərinin keçirilməsinə icazə verilməyən idman kompleksləri də var.

İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov da dünən ATV-dəki çıxışı zamanı Bakı İdman Sarayı (keçmiş Əl Oyunları İdman Sarayı) və digər idman obyektlərinin xəstəxanaya çevrilə biləcəyindən danışıb.

Elə danışdığımız Bakı İdman Sarayının direktoru da başçılıq etdiyi qurumun xəstəxanaya çevrilməsinə hazır olduqlarını bildirib:

“Onsuz da bizdə heç bir idman tədbiri yoxdur. İşçilərin hamısı evə buraxılıb. Yalnız mühafizəçilər işə çıxır.

Biz insanlarımıza xidmət etməyə hazırıq. Koronavirusla mübarizəyə hər zaman dəstək olmağa məmnun olarıq. Təki salamatlıq olsun”.