Bakıda həbsxanada ölüm hadisəsi baş verib.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan məhkum Elmar Səfərəli oğlu Abdullayev dünyasını dəyişib.
Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.