Bakı çimərliklərində batma təhlükəsi ilə üzləşən beş xarici ölkə vətəndaşı xilas olunub

0
575

İyulun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər xilas olunub.

FHN-dən bildirilib ki, xilasetmə əməliyyatları Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə aparılıb.

Xilas edilənlərdən beş nəfəri xarici ölkə vətəndaşıdır.