“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuşu hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.