Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub – FOTO

0
606

Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Dizayn təfəkkürü” dərsində robotlardan istifadə edilib.

Bakı Ali Neft Məktəbində “Dizayn təfəkkürü” dərsini tədris edən Rüfət Əzizov bu cür dərslərin Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçildiyini vurğulayıb. O, dizayn təfəkkürünün 5 mərhələdən ibarət olduğunu bildirib:
I mərhələdə hər hansı bir problemin həlli istiqamətində qət edilən yol müəyyənləşir.
Bu zaman müştərini tanımaq və onun istəklərini nəzərə almaq lazımdır;

  • II mərhələdə toplanmış məlumatlar əsasında problemin nədən ibarət olduğu
  • müəyyənləşir;
  • III mərhələdə problem üçün süzgəcdən keçmiş ideyalar və real həll yolları toplanılır;
  • IV mərhələdə süzgəcdən keçirilmiş ideyalar əsasında prototiplər hazırlanır;
  • V mərhələdə prototiplər testdən keçirilir.

Rüfət Əzizov dərs çərçivəsində tələbələr üçün bir neçə praktiki biznes-keys barədə fikirlərini bölüşüb. “Apple”, “Amazon”, “BP”, “P&G”, “Starbucks”, “Toyota”, “Facebook”, “McDonald`s”, “Sinqapur Hava Yolları” kimi şirkətlərdə innovasiyaların yaranması, dizayn təfəkkürünün tətbiqi yolları və dizayn təfəkkürü sayəsində şirkətlərin necə inkişaf etməsi barədə tələbələrlə birgə analiz və müzakirələr aparılıb.
Dərsin sonunda tələbələr robotlar vasitəsilə praktiki biznes oyun keçiriblər. Tapşırığa əsasən, tələbələr zəlzələ zamanı dağıntılar altında qalan insanları xilas edən robotun prototipini qurmağa çalışıblar. Rüfət Əzizov bildirib ki, bu cür praktiki metodla tələbələrin canlı emosiyaları, real ünsiyyət qabiliyyəti, real planlama vərdişləri, idarəetmə bacarığı, komanda ilə birgə problemi həll etmə imkanları üzə çıxır və bu cür yanaşma nəticəsində tələbələr səhvlərini daha aydın görə və nəticə çıxara bilirlər.

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq Razılaşması 2019-cu ilin aprelində imzalanıb. Razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsi ilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır.

Əməkdaşlıqdan əsas gözlənti BANM tələbələrinin daha çox sosial bacarıqlarının inkişafı və bu bacarıqların praktiki biznesdə tətbiq olunmasına nail olmaqdır. GBS İsveçrənin nüfuzlu tədris müəssisələrindən biridir və dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir.