Bakı, Abşeron, Sumqayıtın bəzi ərazilərində su niyə yoxdur? – “Azərsu”dan AÇIQLAMA

0
179

“Azərsu” ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının son dekadasından başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçilib”.

Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı bildirib ki, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının təmini məqsədilə tətbiq edilir:

“Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə axşam saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində məhdudiyyətlər yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə əlaqəlidir.

Bəzi ərazilər 14 saat su ilə təmin edilirlər, lakin artıq onları da 8-10 saat içməli su ilə təmin edə bilirik. Tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə daha çox, eləcə də həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakının bir neçə ərazisində suyun verilişində yaranan problemlərlə bağlı narazılıq olunur. Eləcə də bir qrup sakin borcu olmadığı halda digər borc olan sakinlərə görə susuz qaldıqlarını iddia edirlər.