
Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” matçında xoşagəlməz hadisə baş verib.
Oyun ilk hissə davam edərkən yarımçıq dayandırılıb.
Buna səbəb oyunun keçirildiyi “Bakcell Arena”da işıqlar sönməsidir.
Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.