Bağırsaqlarda iltihabı aradan qaldıran bakteriyalar tapıldı

0
124

Alimlər aşkar ediblər ki, bağırsaq bakteriyalarının buraxdığı maddələr bağırsaqlarda iltihabı azaldır.

Müvafiq material “Nature Communications” elmi jurnalında dərc olunub.

Alimlər araşdırma aparıb, belə maddələrin alınması üsulunu müəyyənləşdiriblər və indi onların əsasında dərmanlar istehsal oluna bilər. Nəticələrə əsasən müəyyən edilib ki, bu maddələr həzm prosesinin əlavə məhsullarıdır. Onların bəziləri DNT-lərinin yerləşdiyi hüceyrələrin strukturunda molekullara bağlana bilir. Beləliklə, bu proses müəyyən genlərin fəaliyyətinə təsir göstərə bilər, həmçinin iltihab reaksiyalarına cavabdeh olanları dəyişdirə bilər.

Xatırladaq ki, bundan əvvəl Hyuston Universitetinin alimləri təhlükəli bakterial infeksiya üçün birinci dərəcəli müalicə kimi tövsiyə edilən antibiotik vankomisinin təsirsiz hala gəldiyini aşkar etmişdilər.