Babayan Bakıya işləyir? – Ermənilər Azərbaycan kəşfiyyatının bu planından qorxur

0
198

Qarabağda separatizmin ləğvindən sonra Ermənistanın daxili siyasətində yeni qarşıdurma mərhələsi başlayıb: İrəvana qaçan separatçılar iki hissəyə bölünüb, bir tərəfdə Samvel Babayanın dəstəsi, digər tərəfdə isə Samvel Şahramanyanın rəhbərlik etdiyi dəstə mübarizə aparır;

Bu mübarizədə tərəflər xüsusilə media üzərindən geniş təbliğata üstünlük verir. Ermənistan hakimiyyətinə qarşı media Babayanı, keçmiş “Qarabağ klanı”na bağlı olan müxalif media isə Şahramanyanı dəstəkləyir. Qarşılıqlı ittihamlarda Azərbaycanın da adı mütəmadi olaraq hallanır, xüsusilə tərəflər bir-birini satqınlıqda günahlandırır.

Samvel Babayana qarşı əsas iddialardan biri onun Azərbaycan kəşfiyyatına işləməsidir.

“Armeniainfo” saytı iddia edir ki, Babayanın Ermənistana göndərilməsinin arxasında Azərbaycan kəşfiyyatı dayanır və onun əsas missiyası (qondarma) “artsax” ideyasının İrəvanda da məhv edilməsidir.

“Azərbaycana xidmət baxımından Ermənistanda Samvel qədər heç kim təcrübəli deyil. O, öz missiyasını yerinə yetirir. Bu prosesdən Nikol Paşinyan da yararlanır və Babayanın əli ilə küçə hərəkatlarını idarə etməyə çalışır”, – sayt iddia edir.