Bəzi təşkilatların işə başlama vaxtları dəyişdirilə bilər – RƏSMİ

0
505

Ola bilsin ki, bəzi təşkilatların işə başlama vaxtları dəyişdirilsin”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

Onun sözlərinə görə, bu, günün pik saatlarında nəqliyyatda sıxlığı azaltmaq üçündür:

“İşə gəlmə saatları ilə bağlı ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Bu məsələ operativ qərargahda müzakirədədir. Ola bilsin ki, bunun qarşısını almaq üçün müxtəlif təşkilatların işə başlama saatında dəyişiklik olsun”.