Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu – Alimlərdən yeni kəşf

0
352

COVID-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.
 
İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan alimlər bu istiqamətdə araşdırma aparıblar. Mütəxəssislər anadangəlmə immuniteti olan insanlarda yeni gen aşkarlayıblar. Onlar bu genin əcdadları Afrikadan gələn hər 10 nəfərdən 8-də olduğunu açıqlayıblar.

Eyni zamanda qeyd olunub ki, genin olduğu şəxslər COVID-19 xəstəliyini daha yüngül keçirirlər. “Bu gen virusa qarşı dərmanların inkişafı üçün önəmli detaldır. Hər üç avropalıdan birində də bu genə rast gəlmək olar”, – deyə əlavə edilib.

Araşdırmanın rəhbərlərindən biri olan Brent Riçard isə  “COVID-19-a qarşı yeni dərmanlar hazırladıqca, genetik risk faktorlarını dərk etməyə başlayırıq”, – deyə bildirib