Bəzi ərzaq məhsulları UCUZLAŞDI

0
222

2022-ci il dekabr ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və pivənin qiymətində olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sözügedən müddət ərzində ucuzlaşma isə əsasən, portağalın, naringinin, limonun, xurmanın, kivinin və kələmin qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib