Bətnində 23 il qayçı gəzdirdi – FOTO

0
661

Şimali Osetiya sakini 23 il qarnında qayçı gəzdirib.

23 il əvvəl Eveta Petrovna Qoveyeva qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib və ondan sonra dözülməz ağrıları başlayıb. Həkimlər qarnındakı ağrılara qarşı qadına müntəzəm olaraq ağrıkəsicilərdən istifadə etməyi tövsiyə ediblər və ağrıları böyrək iltihabları ilə əlaqələndiriblər.

Bu günlərdə Eveta əzələ-oynaq ağrıları şikayəti ilə həkimə müraciət edərkən onun çanaq sümüyünün rentgen şəkli çəkilib. 23 il öncə bədənində unudulan qayçı da bu zaman qadının alt qarın nahiyəsində rentgen şəklində görünüb.

“Mən rentgen şəkli çəkdirən zaman həkim soruşdu ki, cibimə qayçı qoymuşam? Dedim ki, yox. O bildirdi ki, mənim daxilimdə qayçı var. Mən ağladım. 23 ildir mən bu ağrılardan əzab çəkmişəm”, – deyə zərərçəkmiş bildirib.

Məsələ ilə bağlı Şimali Osetiyanın Səhiyyə Nazirliyində araşdırmalar başlayıb.