“Bəşəriyyət sağ qalmaq üçün ulduzlararası səyahəti mənimsəməlidir”.
Bunu amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, “bu gün və ya sabah” bir kometanın planetlə toqquşacağı və ya Günəşin genişlənməsi nəticəsində Yerin məhv olacağı bir zərbə hadisəsi baş verə bilər.
“Kosmik sivilizasiyaya çevrilmək və ya yox olmaq yeganə iki seçimdir”, – Mask deyib.