Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər

0
85

Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındadır. Yalnız bir ölkə bunu dayandıra bilər – İsrail. Ona görə də Qərb ona kömək etməlidir.

Bu barədə “The Sunday Telegraph” qəzetinin redaktoru, yazar Allister Hit deyib.

“Əgər sülh istəyirsənsə, ilk növbədə İrana qarşı müharibə lazımdır. Əgər nüvə apokalipsisinin qarşısını almaq istəyirsənsə, İranın nüvə proqramı məhv edilməlidir. Əgər daha yaxşı, sağlam dünya istəyirsənsə, İranın iyrənc teokratları məhv edilməlidir”, – jurnalist bildirib.

Hit qeyd edir ki, İran rejimi “Yaxın Şərqdə demək olar ki, bütün problemlərin mənbəyi, terrorun əsas ixracatçısı, Rusiyanın müttəfiqi, Çinin dostu və bəşəriyyətin ümumi taleyini məhv edən xərçəngdir”.

“İndi İsrail Qərbi xilas etməlidir. Əgər bunu təkbaşına etmək imkanı yoxdursa, ABŞ onları göndərməlidir. İranda rejim dəyişikliyi dünyanın hər bir demokratik ölkəsi üçün əsas xarici siyasət prioriteti olmalıdır”, – o əlavə edib.

Hit qeyd edib ki, oktyabrın 1-də İranın İsrailə hücumu Tehran üçün fəlakət olub. Çünki ölkə öz raketlərinin bir hissəsini istifadə edib və mövqelərini ölümcül şəkildə zəiflədib. Müəllifin sözlərinə görə, indi təhlükə getdikcə panikaya düşən İran rejiminin mümkün qədər tez nüvə statusu əldə etməyə çalışaraq səhvlərini dərinləşdirməsidir.