Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.
Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında martın 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F.Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət gəstərən tikiliyə baxış keçirilib.
Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.