Bərbərxana və restoranlar iyula qədər açılmayacaq

0
318

Koronavirusla əlaqədar Britaniyada bərbərxanalar, kafe və restoranlar iyula qədər açılmayacaq.

Bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.

“Britaniyalılar iyulun 4-dək bərbərxanalarda saçlarını kəsdirə, restoranlardada nahar edə və pivəxanalara baş çəkə bilməyəcəklər”, – deyə nazir bildirib.

XİN başçısı Britaniya vətəndaşlarını bu il yay tətilini xarici ölkələrdə keçirməyi təxirə salmağa çağırıb.