Bərbər, dərzi, tamada, fotoqraf, çəkməçi: Kim, nə qədər sosial sığorta ödəyəcək?

0
589

Aprelin 1-dən sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması, eyni zamanda sosial sığorta haqqının regionlar üzrə diferensiallaşdırılması nəzərdə tutulur. 1 aprel 2020-ci ilədək Bakıda və regionlarda fəaliyyət göstərməsindən asılı olmayaraq onlar ayda eyni məbləğdə sosial ayırma ödəyirdilər: 62.50 manat.

iqtisadçı Qalib Toğrul deyib ki, yeni yanaşna təqdir olunandır, çünki dəyişikliklər qəbul olunduqdan sonra sosial sığorta haqqı azalacaq:

“Eyni zamanda sosial sığorta haqqı regionlar üzrə fərqli olacaq və əmsallar tətbiq ediləcək.

Vergi Məcəlləsinə uyğun olaraq sabit qəbz alıb fəaliyyət göstərənlərin sosial sığorta haqqının məbləğini Bakı şəhəri və regionlar üzrə bir-bir nəzərdən keçirək:

1. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərənlər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək.
Misal: Tamada Bakıda (kənd və qəsəbələr də daxil olmaqla) – 25 manat ((250 manat X 5%) X 2,0)), Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 18,75 manat ((250 manat X 5%) X 1,5)), Digər şəhər və rayonlarda – 12.50 manat ((250 manat X 6%) X 1,0)) ödəyəcək.

2. Çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanaları, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək.
Misal. Bərbər, ofisiant, gözətçi, dərzi, saatsaz, pinəçi, fotoqraf, dayə, bağban isə Bakıda (kənd və qəsəbələr də daxil olmaqla) – 15 manat ((250 manat X 3%) X 2,0)), Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 11,25 manat ((250 manat X 3%) X 1,5)), Digər şəhər və rayonlarda – 7.50 manat ((250 manat X 5%) X 1,0)) ödəyəcək.

Yuxarıdakı kateqoriyalara uyğun gələnlər üçün bir şad xəbər də ondan ibarətdir ki, belə şəxslər məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirəcəklər”.