İngiltərədə bir bələdiyyə sədri yaşadığı kənddəki xəstə qadının evinə girərək oğurluq edib.
Sözügedən oğurluq hadisəsi həyatını itirən qadının uşaqları tərəfindən evə yerləşdirilən kamera sayəsində ortaya çıxıb.
Baş verən hadisə zamanı Norsampton şəhərində sadəcə təqaüdçülərin yaşadığı bir kəndin bələdiyyə sədri olan 33 yaşlı adam ölüm döşəyindəki qadının evinə girərək pullarını oğurlayıb. Daha sonra da ölüm ayağında olan qadın üçün təcili tibbi yardım çağırıb və xəstəxanaya aparılmasına kömək edib.
Xəstəxanaya aparılan qadın bir neçə saat sonra həyatını itirdikdən sonra övladları qadının evinə gəlib. Son saatlarında analarının nə etdiyini izləmək üçün təhlükəsizlik kamerası görüntülərinə baxan övladlar görüntülərdə kəndin bələdiyyə sədrinin evdən oğurluq etdiyini görüb.
Qeyd edək ki, ölmək üzrə olan qadının pullarını oğurladıqdan sonra təcili tibbi yardım çağıran adama 27 ay həbs cəzası verilib.