Bəhram Bağırzadənin səhhəti haqqında son məlumat: İlham Əliyev və Mehriban Əliyeva vəziyyəti nəzarətə götürüb

0
535

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Bu barədə jurnalist Həmid Həmidov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, yaxınlarının dediyinə görə, cümə günü axşam vəziyyəti pisləşən və temperaturu yüksələn aktyoru təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər:

“Ona ağ ciyərin zədələnməsi diaqnozu qoyulub. Bəli, bu, koronavirusdur. Dünən səhər isə onu süni komaya salıblar. Qanda oksigenin miqdarı çox aşağı – 40%-ə düşüb. Əvvəlcə süni nəfəs aparatına, daha sonra başqa bir cihaza qoşublar, ağciyərə birbaşa oksigen ötürülür. Vəziyyəti hələlik stabil deyil”.

H.Həmidov qeyd edib ki, aktyorun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb və onlar hazırkı vəziyyətdən xəbərdardırlar.

“Həqiqətən, hər şeyin yaxşı olacağına ümid edirəm. Ümid edirəm və inanıram”, – deyə jurnalist bildirib.