Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər onu həyatda saxlamaq üçün əlindən gələni əsirgəmirlər”

0
521

Bəhram Bağırzadə virusa yoluxduğunu öncə mediadan gizlətməyə çalışsa da, daha sonra bu məlumatın doğruluğu və vəziyyətinin gözlənilmədən ağırlaşdığı xəbərləri yayılıb.

B.Bağırzadənin həyat yoldaşı Şəhla xanım B.Bağırzadənin vəziyyətinin həkimlər tərəfindən ciddi nəzarətdə olduğunu bildirib:

“Bu gün Bəhramın vəziyyəti ötən günlərdən fərqli olaraq daha da ağırlaşıb. Həkimlər onu həyatda saxlamaq üçün əlindən gələni əsirgəmirlər. O , hazırda Mərkəzi Gömrük xəstəxanasında müalicə alır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bəhramın müalicəsini nəzarətləri altına alıblar”.

Məşhur teleaparıcı Hacı Nuran Hüseynov isə az öncə sosial media hesabında Bəhram Bağırzadə ilə fotolarını paylaşaraq, onun ağ ciyərlərinin 90 faizinin sıradan çıxdığını yazıb.

Qeyd edək ki, B.Bağırzadə ötən həftə sonu koronavirus testindən keçərək, analizin müsbət olduğunu bildirmişdi. Özünü yaxşı hiss etdiyini söyləyən Əməkdar artist temperaturunun 37,2 olduğunu demişdi.