BƏƏ-nin Azərbaycana göndərdiyi yardımdan 11 min tibb işçisi faydalanacaq – FOTO/VİDEO

0
561

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə səylərini artırmaq üçün Azərbaycana göyərtəsində 11 ton tibbi yardım və test cihazı daşıyan yardım təyyarəsi göndərib.

Bu barədə  BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu yardım virusa qarşı mübarizə çərçivəsində təxminən 11000 tibb işçisinə kömək edəcək.

BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Hamel Alqubaisi bildirib:

“BƏƏ ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edir. Bu əlaqələri dostluq, anlaşma və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi üçün iki ölkə rəhbərliyinin ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlərdə, müxtəlif beynəlxalq forumlar çərçivəsində ortaq baxışı dəstəkləyir”.

Səfir söyləyib ki, tibbi yardım təyyarələrinin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə üzləşdiyi çətinliklər fonunda dost və qardaş ölkələrin yanında olmasının bir ifadəsidir.

Bu günə qədər BƏƏ dövləti COVID-19 böhranına qarşı mübarizə çərçivəsində 67 ölkəyə 946 metrik tondan çox yardım göstərib. Bu prosesdə 946 mindən çox tibbi mütəxəssisə dəstək olub.