
Həzza Əl-Mənsurini ilk səfərində NASA-nın astronavtı Jessica Meir və Rusiyanın “Roskosmos” kosmik agentliyindən olan Oleq Skripoçka müşayiət edib.
Rusiyaya məxsus “Soyuz” raketi axşam saatlarında Baikonurdan uçuş edərək uğurla orbitə çıxıb.
Əl-Mənsuri həmçinin Beynəlxalq Kosmik Stansiyada ilk ərəb kosmonavtı olub. Onun Yerə qayıtması oktyabrın 3-də nəzərdə tutulub.